​“Kapital Bank”ın müştərilərinə səyahət paketləri təqdim olunub

​“Kapital Bank”ın müştərilərinə səyahət paketləri təqdim olunub Artıq Bankın 13 müştərisi səyahət paketi qazanıb
Maliyyə
5 İyul , 2016 10:36
​“Kapital Bank”ın müştərilərinə səyahət paketləri təqdim olunub

Bakı. 5 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereya keçirir. Bankdan “Report”a verilən məlumata görə, artıq Bankın 13 müştərisi səyahət paketi qazanıb.

Şərtlərə görə, iyulun 29-dək “Kapital Bank”dan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edib, Şamaxı, Qəbələ və Qubada yerləşən 5-ulduz mehmanxanalara səyahət paketləri əldə edə biləcəklər.

Lotereya ərzində 36 ədəd standart və 1 ədəd “Jumeirah Bilgah Beach Hotel”ə VIP-paket sahiblərinə çatacaq. Hər həftənin bazar ertəsi günü təsadüfi seçim proqramı vasitəsilə keçmiş həftənin qalibləri müəyyən ediləcək. Lotereyanın şərtləri və qalib gələn müştərilər haqqında məlumat www.dincelmekvaxtidir.az saytında dərc edilir.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300-15 000 manat təşkil edir, müddəti isə 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi