Yuxarı

"Kapital Bank"ın müştəriləri səyahət qazana biləcək

Bank Dincəlmək vaxtıdır adlı stimullaşdırıcı lotereya keçirir

Bakı. 13 iyun. REPORT.AZ/ “Kapital Bank” ASC yeni “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereya keçirir. “Report”un Bankın mətbuat xidmətindən əldə etdiyi məlumata görə, şərtlərə əsasən, iyundan 13-dən iyulun 29-dək Bankdan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edib, Şamaxı, Qəbələ və Qubada yerləşən 5 ulduzlu mehmanxanalara səyahət paketləri əldə edə biləcəklər.

Lotereya ərzində 36 ədəd standart və 1 ədəd "Jumeirah Bilgah Beach Hotel"ə VIP-paket sahiblərinə çatacaq. Hər həftənin bazar ertəsi günü təsadüfi seçim proqramı vasitəsilə keçmiş həftənin qalibləri müəyyən ediləcək. Lotereyanın şərtləri və qalib gələn müştərilər haqqında məlumat rəsmi saytda dərc ediləcək.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300-15 000 manat təşkil edir, müddəti isə 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını “Kapital Bank”dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi