​"Kapital Bank"ın Müşahidə Şurasının tərkibi dəyişəcək

​"Kapital Bank"ın Müşahidə Şurasının tərkibi dəyişəcək Yanvarın 19-da "Kapital Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Maliyyə
16 Dekabr , 2015 11:51
​Kapital Bankın Müşahidə Şurasının tərkibi dəyişəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ "Kapital Bank" ASC-nin baş ofisində 2016-cı il yanvarın 19-da bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" bu barədə Bankın rəsmi qəzetdə dərc olunan elanına istinadən xəbər verir. 

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi məsələsi daxildir.

Qeyd edək ki, “Kapital Bank” ASC-nin səhmlərinin 99,87%-i "Paşa Holdinq"ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. manatdır. Hazırda Müşahidə Şurasının sədri Cəlal Ələkbər oğlu Qasımov, Müşahidə Şurasının üzvləri isə Rauf Yusif oğlu Hacıyev, Afaq Ramiz qızı Mustafayeva, Oqtay Arif oğlu HəsənovCavid Həsən oğlu Quliyevdir.

Son xəbərlər

Orphus sistemi