“Kapital Bank”ın keçirdiyi müsabiqənin ilk qalibləri məlum olub

“Kapital Bank”ın keçirdiyi müsabiqənin ilk qalibləri məlum olub Xəbər verdiyimiz kimi, “Kapital Bank” ASC “BirKart” müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 01 oktyabr 2019-cu il tarixinədək partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.
Maliyyə
10 İyul , 2019 13:00
“Kapital Bank”ın keçirdiyi müsabiqənin ilk qalibləri məlum olub

Xəbər verdiyimiz kimi, “Kapital Bank” ASC “BirKart” müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 01 oktyabr 2019-cu il tarixinədək partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.

9 iyul tarixində lotereyanın ilk tirajı keçirildi və 16 müştəri qiymətli hədiyyələr qazandı. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.

Şərtlərə görə minimum 30 manatlıq hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 9-da tarixində keçiriləcək tiraj zamanı 10 nəfər 500 manatlıq “KapitalGift” kartı, 5 nəfər iPad Mini və 1 nəfər “iPhone XS” əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər “Honda Civic” avtomobili qazanacaq.

Qeyd edək ki, “BirKart”ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək “Cashback” imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi