"Kapital Bank"ın işçilərinin sayı artıb

"Kapital Bank"ın işçilərinin sayı artıb Bu ilin ilk yarısında Bank 101 nəfəri işə qəbul edib
Maliyyə
23 Avqust , 2016 14:31
Kapital Bankın işçilərinin sayı artıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısında "Kapital Bank" ASC 101 nəfəri işə qəbul edib. "Report" xəbər verir ki, bu barədə Bankın yarımillik idarəetmə hesabatında bildirilir.

Hesabata əsasən, bu ilin yanvarın 1-nə "Kapital Bank"da 2 117 nəfər çalışıb. Aprelin 1-nə bu rəqəm 2 130-a, iyulun 1-nə isə 2 218-ə çatdırılıb.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUSbank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi