"Kapital Bank"ın dəstəyi ilə keçirilən "Made in Azerbaijan" layihəsi yekunlaşıb

"Kapital Bank"ın dəstəyi ilə keçirilən "Made in Azerbaijan" layihəsi yekunlaşıb Ötən həftə layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib
Maliyyə
26 Aprel , 2016 11:18
Kapital Bankın dəstəyi ilə keçirilən Made in Azerbaijan layihəsi yekunlaşıb

Bakı. 26 aprel. REPORT.AZ/ “Kapital Bank” ASC Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə əməkdaşlıq memorandumu imzalayıb. “Report”un Bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əməkdaşlıq çərçivəsinə tələbələr arasında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə “Made in Azerbaijan” layihəsi keçirilib.

Ötən həftə layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin sonunda 7 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib. Qaliblərə "Kapital Bank" adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib. Birinci yerin qalibi 1 000 manat, ikinci yer 750 manat, üçüncü yer 500 manat ilə mükafatlandırılıb. Digər finalçılara isə 200 manat məbləğində pul mükafatı verilib.

"Kapital Bank" ölkədə bank fəaliyyəti ilə məşğul olmaqla yanaşı sosial yönümlü layihələrə, əsasən də müxtəlif təhsil proqramlarına dəstək göstərir. “Made in Azerbaijan” layihəsinə 60-dək biznes ideya təqdim edilib və ən yaxşıları qalib elan olunub. "Kapital Bank" ADİU ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində müxtəlif innovativ layihələrin həyata keçirilməsini planlaşdırır”, - deyə Bankın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 90 filialı və 2 şöbəsi ilə müştərilərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi