"Kapital Bank"ın aktivləri 56% artıb

"Kapital Bank"ın aktivləri 56% artıb Bankın cəmi öhdəlikləri isə illik müqayisədə 65% artıb
Maliyyə
15 Noyabr , 2016 11:44
Kapital Bankın aktivləri 56% artıb

Bakı. 15 noyabr. REPORT.AZ/ "Kapital Bank" ASC-nin məcmu aktivləri 2016-cı il oktyabrın 1-nə 2 807,376 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,7% çoxdur.

"Kapital Bank"ın aktivlərinin 42,9%-ni və yaxud 1 205,099 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə Bankın kredit portfeli 5,6% genişlənib. 

Sentyabrın sonuna "Kapital Bank"ın cəmi öhdəlikləri isə 2 537,902 mln. manat olub və bu, illik müqayisədə 64,9% çoxdur. Bankın öhdəliklərinin 66%-ni və yaxud 1 675,975 mln. manatını onun depozit portfeli təşkil edib.

Bu ilin III rübündə "Kapital Bank" Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyini 2 mln. manat azaldaraq 81 mln. manata endirib.

Oktyabrın 1-nə Bankın cəmi kapitalı isə 269,474 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi