"Kapital Bank"ın aktivləri 47% artıb

"Kapital Bank"ın aktivləri 47% artıb Bankın kapitalının adekvatlıq əmsalları tələbi xeyli üstələyib
Maliyyə
9 Fevral , 2016 13:30
Kapital Bankın aktivləri 47% artıb

Bakı. 9 fevral. REPORT.AZ/ "Kapital Bank" ASC 2015-ci ilin IV rübü üzrə hesabatını açıqlayıb. "Report"un "Kapital Bank"ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bankın aktivləri son rübdə illik müqayisədə 46,9% artaraq 2 019,881 mln. manata çatıb.

Bankın müştərilərə verdiyi kreditlərin həcmi IV rübün sonuna əvvəlki ilin analoji dövrü ilə müqayisədə 68,6% artaraq 1 161,637 mln. manat təşkil edib. Hesabat dövründə depozitlərin həcmi 72,2% artaraq 1 045,547 mln. manata çatıb.

Rübün yekununda 2014-cü ilin analoji dövrü ilə müqayisədə Bankın Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalıb. Belə ki, keçən ilin sonunda 199,727 mln. manat olan öhdəliyin həcmi 48,4% azalaraq 103 mln. manat təşkil edib.

Hesabat dövründə "Kapital Bank"ın I dərəcəli kapitalının adekvatlıq əmsalı 14,7% olub ki, bu da normadan (5%) artıqdır. Məcmu kapitalın adekvatlıq əmsalı isə 19,5% təşkil edib (norma - 10%).

Son xəbərlər

Orphus sistemi