"Kapital Bank"ın aktivləri 35% artıb

"Kapital Bank"ın aktivləri 35% artıb Mərkəzi Bank qarşısında öhdəliklər isə II rübdə 17% azalıb
Maliyyə
15 Avqust , 2016 12:27
Kapital Bankın aktivləri 35% artıb

Bakı. 15 avqust. REPORT.AZ/ "Kapital Bank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 34,9% artaraq 2016-cı il iyulun 1-nə 2 286,862 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 12,4% genişlənərək 1 180,736 mln. manatı üstələyib.

Öhdəliklərə gəlincə, hesabat dövründə depozit portfeli 55,6% artaraq 1 164,186 mln. manatı keçib. Mərkəzi Bankın "Kapital Bank"a qarşı tələbi aprelin 1-i ilə müqayisədə 17% azalaraq 100 mln. manatdan 83 mln. manata enib.

Hesabata əsasən, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 13,65%, məcmu kapitalın adekvatlıq əmsalı 15,44% olub. 

Qeyd edək ki, “Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i "PAŞA Holdinq"ə məxsusdur.

Son xəbərlər

Orphus sistemi