Bakı. 31 iyul. REPORT.AZ/ "Kapital Bank" ASC-nin aktivləri bu ilin əvvəlindən 22,8% artaraq iyulun 1-nə 1 695,1 mln. manat təşkil edib. Aktivlərin 15,4%-i və ya 260,2 mln. manatı nağd vəsaitlərin payına düşür.
"Report"un banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 16,1% artaraq 1 050,8 mln. manata çatıb. Hesabat dövründə depozit portfelində də artım qeydə alınıb. Belə ki, depozit portfeli 32,5% artaraq 748,1 mln. manata yüksəlib.
Cari il iyulun 1-nə bankın nizamnamə kapitalı 185,9 mln. manat təşkil edib.