​"Kapital Bank" ilk rübdə 10 mln. manat mənfəət əldə edib

​"Kapital Bank" ilk rübdə 10 mln. manat mənfəət əldə edib Hesabat dövründə Bankın faiz mənfəəti 48% artıb
Maliyyə
8 İyun , 2015 15:01
​Kapital Bank ilk rübdə 10 mln. manat mənfəət əldə edib

Bakı. 8 iyun. REPORT.AZ/ "Kapital Bank" ASC cari ilin birinci rübündə 9,6 mln. manat mənfəət əldə edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,6% azdır.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bank I rübdə 51,6 mln. manat gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,9% çoxdur. Bankın xərcləri isə hesabat dövründə 67,3% artaraq 42,0 mln. manata yüksəlib.

Hesabat dövründə faiz gəlirləri 45,9% artaraq 38,5 mln. manat, faiz xərcləri 38,6% artaraq 9,4 mln. manat təşkil edib. Nəticədə bank birinci rübdə 29,1 mln. manat faiz mənfəəti əldə edib.

Bu müddətdə bankın qeyri-faiz gəlirləri 3,9% azalaraq 13,1 mln. manat, qeyri-faiz xərcləri 78,0% artaraq 32,6 mln. manat olub. Beləliklə bank birinci rübü 19,5 mln. manat qeyri-faiz zərəri ilə başa vurub.

Hesabata əsasən, "Kapital Bank"ın faiz mənfəətində 48,36%, qeyri-faiz zərərində də 4,17 dəfə artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi