“Kapital Bank” İBM-lə anlaşma memorandumu imzalayıb

“Kapital Bank” İBM-lə anlaşma memorandumu imzalayıb “Kapital Bank” ASC və informasiya texnologiyaları (İT) sahəsində beynəlxalq şirkət olan IBM arasında əməkdaşlığı əks etdirən anlaşma memarandumu imzalanıb.
Maliyyə
19 Sentyabr , 2019 13:05
“Kapital Bank” İBM-lə anlaşma memorandumu imzalayıb

“Kapital Bank” ASC və informasiya texnologiyaları (İT) sahəsində beynəlxalq şirkət olan IBM arasında əməkdaşlığı əks etdirən anlaşma memarandumu imzalanıb.

“Report” xəbər verir ki, imzalanma mərasimində Bankın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və İBM-in Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Yevgeniy Sokolov iştirak ediblər.

Qeyd edək ki, “Kapital” Bank bir sıra xidmətlərini müxtəlif texnoloji həllər üzərində müştərilərinə təqdim edir. Bank gələcəkdə əksər layihələri həyata keçirmək üçün IBM şirkətini özünə tərəfdaş seçib.

IBM memarandum çərçivəsində “Kapital Bank”ın İT sahəsində çalışan əməkdaşları üçün təlimlər keçirəcək. Bundan başqa, xarici mütəxəssislər tərəfindən həm ölkədə, həm də xaricdə müəyyən "workshop"lar təşkil ediləcək.

N.Zeynalov bildirib ki, “Kapital Bank”ın 2018-2021-cı illəri əhatə edən strateji hədəflərinə uyğun olaraq rəqəmsal bankçılığa keçid Bankın əsas məqsədidir: “Rəqəmsal bankçılığa keçid müasir dövrdə olduqca önəmli və vacib addım hesab olunur. Əməkdaşlığın ilkin mərhələsində 2019-cu ilin oktyabrında Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə IT forumun keçirilməsi nəzərdə tutulur".

Xatırladaq ki, İBM şirkəti 100 ildən artıqdır ki, dünya üzrə proqram proqram təminatının və avadanlıqların istehsalçısı olaraq fəaliyyət göstərir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” isə 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi