"Kapital Bank" hərbçilər üçün kredit kampaniyası keçirir

"Kapital Bank" hərbçilər üçün kredit kampaniyası keçirir Aksiya iyunun 30-dək davam edəcək
Maliyyə
19 İyun , 2017 12:45
Kapital Bank hərbçilər üçün kredit kampaniyası keçirir

Bakı. 19 iyun. REPORT.AZ/ "Kapital Bank" ASC 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərə güzəştlə yeni kredit kampaniyasına başlayıb.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Aksiya çərçivəsində "Kapital Bank"a müraciət edən hərbçilərə illik faiz dərəcəsində 2% endirim edilir. Kredit rəsmiləşdirilməsi zamanı komissiya 0% təşkil edəcək. Aksiya iyunun 30-dək davam edəcək.

Qeyd edək ki, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir, müddəti isə 3-36 aya rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Bank hazırda 92 filialı və 6 şöbəsi ilə müştərilərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi