Yuxarı
    Bağlamaq

    "Kapital Bank" hər səhmə 28% divident ödəyəcək

    Bununla bağlı qərar Bankın səhmdarlarının bu gün keçirilmiş illik yığıncağında qəbul edilib

    Bakı. 4 aprel. REPORT.AZ/ “Kapital Bank” ASC 2016-cı ilin yekununda əldə etdiyi 52 348,8 min manat xalis mənfəətinin hamısını səhmdarlarına divident kimi ödəyəcək.

    “Report”un məlumatına görə, bununla bağlı qərar Bankın səhmdarlarının bu gün keçirilmiş ənənəvi illik yığıncağında qəbul edilib.

    “Kapital Bank”ın 185,85 mln. manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 15 mln. ədəd səhm əsasında formalaşdığından, hər səhmə görə 3,49 manat və yaxud onun nominal dəyərinin təxminən 28%-i qədər divident ödəniləcək. Bu isə ötən illə müqayisədə 15,5% və yaxud 0,24 manat azdır.

    Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Bankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi