“Kapital Bank” Gəncədəki filialında depozit seyflərini istifadəyə verib

“Kapital Bank” Gəncədəki filialında depozit seyflərini istifadəyə verib Seyfləri 30 manatdan başlayan qiymətlərlə, minimum 1 ay müddətə icarəyə götürmək olar
Maliyyə
8 Avqust , 2017 10:20
“Kapital Bank” Gəncədəki filialında depozit seyflərini istifadəyə verib

Bakı. 8 avqust. REPORT.AZ/ “Kapital Bank” ASC filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küçəsi, 24 ünvanında yerləşən Gəncə filialı nəzdində depozit seyflərini müştərilərə təqdim edib. 

Bu barədə “Report”a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, seyf otağı bütün zəruri təhlükəsizlik standartlarına cavab verir, həftənin 7 günü, günün 24 saatı ərzində mühafizə olunur və kompleks video nəzarət sisteminə malikdir.

Yeni depozit seyflərində müştərilər, qiymətli kağızları, zinət əşyalarını, sənədləri, pulları və digər dəyərli əşyalarını saxlaya bilərlər. Seyfləri 30 manatdan başlayan qiymətlərlə, minimum 1 ay müddətə icarəyə götürmək olar. Xidmət tarifləri barədə ətraflı məlumat üçün – www.kapitalbank.az/tariffs.

Qeyd edək ki, “Kapital Bank” paytaxt ilə paralel region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. Gəncə filialından əvvəl Səbail, Mərkəz və Gənclik filiallarında da depozit seyflər istifadə verilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi