“Kapital Bank”dan “PAŞA Həyat Sığorta”ya transfer olub

“Kapital Bank”dan “PAŞA Həyat Sığorta”ya transfer olub Vüsal Nağıyev iş yerini dəyişib
Maliyyə
1 Mart , 2017 16:14
“Kapital Bank”dan “PAŞA Həyat Sığorta”ya transfer olub

Bakı. 1 mart. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” ASC-nin yeni yaradılmış Satış kanalları və marketinq Departamentinə direktor təyin edilib.

“Report”un məlumatına görə, bu vəzifəyə Vüsal Nağıyev gətirilib.

O, bundan əvvəl “Kapital Bank” ASC-nin Satış kanalları Departamentinin direktoru olub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

"Kapital Bank" isə 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi