Yuxarı
    Bağlamaq

    ​“Kapital Bank”da kadr dəyişikliyi baş verib - YENİLƏNİB

    Bankın İT innovasiya və inkişaf Departamentinin rəhbəri işdən çıxıb

    İlk xəbər saat 14:38-də verilib

    Bakı. 21 iyun. REPORT.AZ/ “Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni üzv təyinatı baş verib. 

    “Report” xəbər verir ki, Bankın baş maliyyə inzibatçısı Emin Allahverdi oğlu Məmmədov həm də İdarə Heyətinin üzvü vəzifəsini icra edəcək.

    Həmçinin, “Kapital Bank”ın İT innovasiya və inkişaf Departamentinin rəhbəri Dmitri Ənvər oğlu Baxışev də artıq Bankda çalışmır.

    ***

    Bundan başqa, Svetlana Hacı qızı Əliyeva Bankın Daxili audit Departamentinin rəhbəri təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi