"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib

"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib “Kapital Bank” ASC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində növbəti layihənin icrasına başlayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyi arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.
Maliyyə
9 Aprel , 2020 13:05
Kapital Bank biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib
Report

“Kapital Bank” ASC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində növbəti layihənin icrasına başlayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.

Bununla da Bakının Nizami və Binəqədi rayonu, həmçinin Gəncə, Ağdam, Xocalı, Gədəbəy, Oğuz, Şəmkir, Füzuli, Göyçay, Astara və Cəlilabaddan, ümumilikdə 15 nəfər işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.

Qeyd edək ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilib və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcək.

Xatırladaq ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi