“Kapital Bank” beynəlxalq tədbirlərdə iştirak edib

“Kapital Bank” beynəlxalq tədbirlərdə iştirak edib Bank “SIBOS – 2017” Beynəlxalq Sərgisinə, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağına qatılıb
Maliyyə
18 Oktyabr , 2017 10:44
“Kapital Bank” beynəlxalq tədbirlərdə iştirak edib
Report

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Kapital Bank” ASC oktyabrın 16-dan Kanadanın Toronto şəhərində işə başlamış və oktyabrın 19-na qədər davam edəcək ənənəvi “SIBOS – 2017” Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edib.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumatda deyilir ki, sərgiyə “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

“Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunublar. SIBOS sərgisi bu il 4 əsas istiqaməti əhatə edib: Bankçılıq, komplayens, qiymətli Kağızlar və texnologiyalar. Mütəxəssislər "Gələcəyin Qurulması" (“Building for the Future”) mövzusunda olan konfransda, maliyyə sektorunda baş verən dəyişikliklər, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr ediblər. Səfər çərçivəsində həmçinin “Kapital Bank”ın İH sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq, illik yığıncaqda iştirak edib”. – deyə Bankın açıqlamasında qeyd olunub.

“Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri ilə görüşlərimiz oldu. Əsasən banklararası müxbir əlaqələrin qurulması, xəzinədarlıq, qiymətli kağızlar, maliyyə cinayətlərinin qarşısının alınması və valyuta riskləri sahəsində fikir mübadilələri apardıq. Bu ilki tədbirin əsas prioritet istiqamətlərindən biri həmçinin informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Əminəm ki, belə tədbirlərdə iştirak “Kapital Bank”ın beynəlxalq əməkdaşlığının inkişafına təkan verəcək” – deyə, F.Hüseynov bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi