Yuxarı
    Bağlamaq

    "Kapital Bank" bankomatlarına yeni funksiya əlavə edib

    Hazırda dövriyyədə Kapital Bankın 3 mln.-a yaxın ödəniş kartı var

    Bakı. 13 fevral. REPORT.AZ/ “Kapital Bank” ASC öz şəbəkəsinə daxil olan bankomatlara yeni funksiya əlavə edib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

    Artıq istənilən bankın ödəmə kartının sahibləri “Kapital Bank” bankomatları vasitəsilə hesablarına vəsait mədaxil edə bilərlər. Bu zaman komissiya 1% təşkil edəcək. “Kapital Bank”ın ödəniş kartlarının tarifləri üzrə https://kapitalbank.az/useruploads/terms/tarifler_... linkindən ətraflı məlumat almaq mümkündür.

    "Hazırda dövriyyədə “Kapital Bank”ın 3 mln.-a yaxın ödəniş kartı var. Prossesinq Mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. “Kapital Bank”ın ölkə üzrə 600-dək bankomatı, 9 000-dək POS-terminalı var", - deyə məlumatda qeyd olunub.

    Qeyd edək ki, “Kapital Bank” ASC "MasterCard International" və "Visa International" beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını “Kapital Bank” filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

    Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi