Kanada dolları uçot dərəcəsinin artırılmasından sonra kəskin bahalaşıb

Kanada dolları uçot dərəcəsinin artırılmasından sonra kəskin bahalaşıb Milli valyutanın ABŞ dollarına nisbətən məzənnəsi 26 aylıq rekordu yeniləyib
Maliyyə
7 Sentyabr , 2017 16:51
Kanada dolları uçot dərəcəsinin artırılmasından sonra kəskin bahalaşıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Kanada Mərkəzi Bankı son 3 ay ərzində uçot dərəcəsini 2-ci dəfə artırıb. 

"Report" "İnterfax"a istinadən xəbər verir ki, maliyyə bazarları uçot dərəcəsinin 0,75% səviyyəsində saxlanılacağını proqnozlaşdırsalar da, sözügedən göstərici 1%-ə qaldırılıb. 

Son nəticədə Kanada dolları ABŞ dolları qarşısında 2,25% dəyər qazanaraq 26 aylıq rekordu yeniləyib. Belə ki, CAD/USD nisbəti 1,2417 -dən 1,2136-ya düşüb, hazırda isə 1,218-dir. Son 4 ayda isə Kanada dolları ABŞ dollarına nisbətən 12% möhkəmlənib. 

Kanada Mərkəzi Bankı gələcək pul-kredit siyasətini iqtisadi göstəricilərə və maliyyə bazarlarındakı konyunktura uyğun olaraq müəyyən edəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi