Kamran Əliyev: "Korrupsiya qarşı mübarizə təkcə dövlət sektorunu deyil, özəl sektoru da əhatə edir"

Kamran Əliyev: "Korrupsiya qarşı mübarizə təkcə dövlət sektorunu deyil, özəl sektoru da əhatə edir" ""ASAN xidmət"in əhatə etdiyi sahələrdə korrupsiya ilə bağlı şikayətlər azalıb"
Maliyyə
22 Sentyabr , 2017 11:41
Kamran Əliyev: Korrupsiya qarşı mübarizə təkcə dövlət sektorunu deyil, özəl sektoru da əhatə edir
Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev / Report

Bakı 22 sentyabr. REPORT.AZ/ "Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə, mütərəqqi qanunvericilik bazası mövcuddur və bu qanunvericilik beynəlxalq təcrübədən istifadə edilərək daim təkmilləşdiririlir".

"Report"un verdiyi xəbərə görə, bunu baş prokurorun müavini - baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. 

Onun sözlərinə görə, "ASAN xidmət"in əhatə etdiyi sahələrdə korrupsiya ilə bağlı şikayətlər azalıb, bəzi hallarda isə yox dərəcəsinə enib. 

"Yoxlamaları həyata keçirən qurumlarla sıx əməkdaşlq var və səmərəli fəaliyyət həyata keçirilir. Korrupsiya qarşı mübarizə təkcə dövlət sektorunu deyil, özəl sektoru da əhatə edir. Burada əsassız yoxlamaların aparılmaması da əhəmiyyət kəsb edir. Bürokratik əngələr yaradılmamalıdır və bunlar daim diqqətdə saxlanılır", - deyə o, qeyd edib. 

K.Əliyevin sözlərinə görə, Azərbaycanda bütün sahələrdə inkişaf davam edir: "İnkişaf olduqca korrupsiya cinayətləri üçün şərait yaranır. Öz fəaliyyətimizdə çalışırıq ki, iqtisadi islahatların həyata keçirilməsində yaxından iştirak edək və korrupsiyanı doğuran səbəblərin aradan qaldırılmasına dəstək verək". 

Son xəbərlər

Orphus sistemi