Yuxarı

​Kamerun gömrük nümayəndə heyəti Azərbaycana gəlib

Azərbaycan və Kamerun iqtisadi əlaqələrin genişləndirilməsini arzu edir

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan və Kamerun arasında iqtisadi və xarici ticarət əlaqələri hazırda demək olar ki, yox səviyyəsindədir. “Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Kamerun Gömrük İdarəsinin nümayəndələri ilə görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

A.Əliyev Azərbaycanla Kamerunun gömrük nümayəndə heyətləri arasında ilk görüşün 1995-ci ilə təsadüf etdiyni vurğulayıb, növbəti görüşün isə iki ölkə arasında ilk dövlət əhəmiyyətli görüş olduğunu deyib: “Hazırda ölkələrimiz arasında iqtisadi, xarici ticarət əlaqələri demək olar ki, yoxdur. Amma iqtisadi əlaqələr qurulmaq üzrədir. Gömrük iki ölkə arasında sərhəd rolunu oynayır və çox şadam ki, ölkələrimiz arasında əlaqələr məhz bu sahədən başlayır”.

Azərbaycanda gömrüyün tarixi barədə qonaqlara məlumat verən Komitə sədri bildirib ki, bu tarix yüz illiklərlə ölçülür: “Məlumdur ki, qədim İpək Yolunun əsas hissəsi Azərbaycandan keçib və gömrük sahəsində təcrübəmiz qədimdir. Sonra isə ümumilli lider Heydər Əliyev qədim İpək Yolunun bərpasına təşəbbüs göstərib və tarixi sənədlərə görə 208 yaşı olan Azərbaycan gömrüyünün yeni mərhələsi başlayıb. Bir çox ölkələrdən fərqli olaraq bizim statusumuz maddi-texniki təchizat məsələsində fərqlidir. Azərbaycanda gömrük xidmətinin rəhbərliyi hüquq-mühafizə orqanı olmaqla yanaşı, hökumətin üzvüdür. 2009-cu ildən "vahid pəncərə" sistemi tətbiq olunur və sərhəddə fəaliyyət göstərən bir çox nəqliyyat xidmətləri, fitosanitar nəzarət gömrük orqanları tərəfindən həyata keçirilir".

A.Əliyev əlavə edib ki, bununla yanaşı, büdcədənkənar Gömrük İnkişaf Fondu yaradılıb: "Dövlət büdcəsindən yalnız maaş alırıq. Fondun 25%-i gömrük əməkdaşlarının əmək haqqına əlavə olaraq bonus şəklində onlara verilir. Bu isə orta hesabla məvacibimizin 210%-i qədər əlavədir”.

Komitə sədri DGK-ya üç təsərrüfat hesablı qurumun – Mərkəzi Gömrük Hospitalı, "Azterminal" Kompleksi və Kineloji Mərkəzin də daxil olduğunu deyib: “Hospitalda bütün gömrük əməkdaşları üçün xidmət pulsuzdur. "Azterminal" Kompleksinin fəaliyyətinə isə xaricdə tədbirlər təşkil etmək və təşviqat işləri daxildir. Təsərrüfat hesablı kineloji xidmət mərkəzi isə bir çox xarici ölkələrlə əməkdaşlıq edir və hazırda mərkəzə beynəlxalq statusun verilməsi məsələsi müzakirə olunur. Oradan Monqolustan, Türkiyə, Gürcüstan, Toqa, Qırğızısatn, Bolqarıstana və digər ölkələr üçün hazırladığmız itlər göndərilib. Təlim nəticələri yüksəkdir, çünki bizim itlər Avropa çempionu olub, narkotik axtarışı üzrə ikinci yerə çıxıblar. Hazırda Qabon üçün itlər hazırlanır”.

Sədr hazırda gömrük orqanlarında 3 500-dən artıq gömrük əməkdaşının çalışdığını vurğulayıb. O, Gömrük Risklərinin İdarə Edilməsi Mərkəzi üçün Gürcüstan, Rusiya və digər ölkələrin müraciət etdiyini, Kamerunla da bu və digər sahələrdə əməkdaşlıq edə biləcəklərini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi