Yuxarı
    Bağlamaq

    "JP Morgan": "Petkim" səhmlərinin hədəf qiyməti 12,5% artıb

    Petkimin səhmlərinin hədəf qiyməti 4,50 TRY-ə qaldırılıb

    Bakı. 9 avqust. REPORT.AZ/ "JP Morgan" bankı əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim (Petrokimya) Holding A.Ş."-nin səhmlərinin hədəf qiymətini yüksəldib. Bu barədə "Report" Türkiyə KİV-inə istinadən xəbər verir.

    "JP Morgan" "Petkim"in səhmlərinin hədəf qiymətini 4 Türkiyə lirəsindən (TRY) 4,50 TRY-ə qaldırıb (+12,5%).

    Qeyd edək ki, 2008-ci il mayın 30-da keçirilmiş hərracda "Petkim Holding"in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Daha sonra birjadan 5% hissə alınıb. Əlavə olunmuş səhmlər (15%) bazar konyukturasından asılı olaraq alınıb-satılır. SOCAR rəhbərliyi "Petkim Holding"dəki payın heç vaxt 51%-dən aşağı salınmayacağını bəyan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi