​Azərbaycanda orta işsizlik müavinəti 10% artıb

​Azərbaycanda orta işsizlik müavinəti 10% artıb İşsizliyə görə müavinətin orta məbləği 283 manata çatıb
Maliyyə
16 Dekabr , 2014 13:45
​Azərbaycanda orta işsizlik müavinəti 10% artıb
Bakı.16 dekabr. REPORT.AZ/ Azərbaycanda işsizliyə görə müavinətin orta məbləği 2014-cü il dekabrın 1-nə 282,6 manat olub. “Report”un Dövlət Statistika Komitəsinin hesbatına istinadən verdiyi xəbərə görə, bu isə öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 9,5%, aylıq müqayisədə isə 5,3% artım deməkdir.

Dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub, onların 39,6%-ni qadınlar təşkil edib. İşsiz statusuna malik olanlardan 5,2%-i və ya 1 518 nəfəri işsizliyə görə müavinət alıblar. İşsizlərin 11 367 nəfəri, işsizliyə görə müavinət alanların 530 nəfəri Bakı şəhərinin payına düşüb.

Qeyd edək ki, “Məşğulluq haqqında” qanuna əsasən, işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alır. Müavinətin ödənilməsi müddəti Qanunda nəzərdə tutulmuş hallardan başqa 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz. İşsiz statusu təyin olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ var. Bu zaman işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi