Yuxarı

Azərbaycanda məcmu investisiyalarda bank kreditlərinin həcmi 34% azalıb

Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin 3,4%-ni bank kreditləri təşkil edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitlərin 494,9 mln. manatını bank kreditləri təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinin açıqladığı hesabata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,3% azdır. Cari ilin 11 ayı ərzində investisiya qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi 3,4% olub.

Hesabata əsasən, illik müqayisədə maliyyə mənbələri üzrə əsas kapitala vəsait qoyuluşunda müəssisə və təşkilatların payı 28,4% artaraq 7,628 mlrd. manat, əhalinin şəxsi vəsaitləri isə 17,6% artaraq 482,2 mln. manata çatıb.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 5,717 mlrd. manatını büdcə vəsaitləri, 304,4 mln. manatını isə büdcədən kənar fondların vəsaitləri təşkil edib. İllik müqayisədə büdcə vəsaitləri üzrə 17,4%, büdcədənkənar fondlar üzrə isə 38,3% azalma qeydə alınıb.

Qeyd edək ki, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 2014-cü ilin yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 14,693 mlrd. manat yönəldilib, bunun 73,8%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 0,3%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitlərin həcmi isə 11,4% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi