“Invest-Az” investisiya şirkəti bu ilin I yarısını 438 min manat xalis mənfəətlə başa vurub

“Invest-Az” investisiya şirkəti bu ilin I yarısını 438 min manat xalis mənfəətlə başa vurub Bakı. 6 noyabr. REPORT.AZ/ “Invest-Az İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il iyulun 1-nə 8,447 mln. manat təşkil edib.
Maliyyə
6 Noyabr , 2017 13:34
“Invest-Az” investisiya şirkəti bu ilin I yarısını 438 min manat xalis mənfəətlə başa vurub

Bakı. 6 noyabr. REPORT.AZ/ “Invest-Az İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il iyulun 1-nə 8,447 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,1% çoxdur.

Son 1 ildə “Invest-Az”ın cəmi öhdəlikləri 60,1% artaraq 7,156 mln. manata, cəmi kapitalı isə 99,5% artaraq 1,291 mln. manata çatıb.

Bu ilin yanvar-iyun aylarında şirkətin cəmi gəlirləri 1,428 mln. manat (1 il əvvələ nisbətən 67,8% çox), cəmi xərcləri 911 min manat (59,3% çox) təşkil edib. Son nəticədə şirkətin əməliyyat mənfəəti 517 min manat olub.

“Invest-Az” məzənnə fərqindən 81 min manat zərər edib və onun vergiyəqədəki mənfəəti 436 min manat olub. Bu, illik müqayisədə 4,6% çoxdur.

Bu ilin I yarısında şirkət mənfəət vergisi xərcinə 2 min manat qənaət edib və hesabat dövrünü 438 min manat xalis mənfəətlə başa vurub. Bu isə illik müqayisədə 33,5% çoxdur.

Xatırladaq ki, “Invest-Az İnvestisiya Şirkəti” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. Şirkətin təsisçisi Elşən Quliyevdir. 

Son xəbərlər

Orphus sistemi