Yuxarı
    Bağlamaq

    IMF: Qlobal ticarət dövriyyəsində artım gələn il də davam edəcək

    Goldman Sachs və Barclays banklarının ekspertləri dünya iqtisadiyyatının 2018-ci ildə 4% artacağını proqnozlaşdırırlar
    © AFP 2017/ MANDEL NGAN

    Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ildə ticarət müharibələri yaşanacağı proqnozlaşdırıldığı halda, qlobal ticarətin həcmində kəskin artım baş verib. 

    "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Beynəlxalq Valyuta Fondu (IMF) 2018-ci ildə də bu trendin davam edəcəyini proqnozlaşdırır.

    IMF 2017-ci ildə qlobal ticarət və xidmət dövriyyəsinin 4,2% artacağını ehtimal edir. Qeyd edək ki, 2016-cı ildə bu göstərici 2,4% təşkil edib. IMF-ə görə, bu il son 3 ildə ilk dəfə qlobal ticarət dövriyyəsinin artım tempi istehsal həcminin artım tempini qabaqlayacaq.

    Cari vəziyyətdə ən çox mənfəəti nəhəng istehsalçı ökələr - Almaniya və Çin, elektronika istehsalında Cənubi Koreya əldə edəcək. İstehsal sektorunda fəallıq indikatorlarının artması onu göstərir ki, qlobal ticarət dövriyyəsində artım 2018-ci ildə də davam edəcək. Lakin buna baxmayaraq, proteksionizm təhlükəsi hələ də sovuşmayıb. ABŞ ədalətli ticarət prinsiplərinin bərpa edilməsi məqsədilə bir sıra ölkələrlə ticarət anlaşmalarına yenidən baxacağını bildirib.

    Risklərə baxmayaraq, "Goldman Sachs" və "Barclays" kimi nəhəng banklar 2018-ci ildə dünya iqtisadiyyatının 4% artacağını proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi