IMF kriptovalyuta riskləri ilə bağlı xəbərdarlıq edib

IMF kriptovalyuta riskləri ilə bağlı xəbərdarlıq edib Lakin blokçeyn texnologiyasının effektivliyini vurğulayıb
Maliyyə
23 Yanvar , 2018 12:57
IMF kriptovalyuta riskləri ilə bağlı xəbərdarlıq edib
Sputnik/ Natalia Seliverstova

Bakı. 23 yanvar. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (IMF) nəzarətedici orqanlara kriptovalyutaların riskləri ilə bağlı xəbərdarlıq edib. 

"Report" "Rambler News Service" agentliyinə istyiandən xəbər verir ki, bu barədə IMF-in Araşdırmalar Departamentinin direktoru və iqtisadi müşaviri Moris Obstfeld (Maurice Obstfeld), Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.

"Blokçeyn texnologiyasında ödəniş sisteminin effektivliyi və inklyuzivliyi baxımından potensial üstünlüklər görürük, bu maraqlı inkişaf edən istiqamətdir. Həmçinin görürük ki, kriptovalyutalar risklər daşıyır. Tənzimləyicilər, bu risklərin reallaşmaması üçün tədbirlər görməlidirlər", - o qeyd edib. 

M.Obstfeldin sözlərinə görə, IMF "bitcoin" də daxil heç bir kriptovalyuta ilə bağlı şərh vermir. 

Son xəbərlər

Orphus sistemi