​IMF: Bu il Azərbaycanda istehlak qiymətləri 12,8% bahalaşacaq

​IMF: Bu il Azərbaycanda istehlak qiymətləri 12,8% bahalaşacaq Fond 2015-ci ildə ÜDM-in 1,1% artdığını, 2017-ci ildə isə bu rəqəmin 1% civarında artacağını proqnozlaşdırır
Maliyyə
12 Aprel , 2016 17:19
​IMF: Bu il Azərbaycanda istehlak qiymətləri 12,8% bahalaşacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (IMF) 2016-cı il üçün Azərbaycanda 3%-lik iqtisadi geriləmə proqnozlaşdırır. “Report xəbər verir ki, bu, IMF-in hazırladığı “World Economic Outlook”da qeyd edilir.

Fond 2015-ci ildə ÜDM-in 1,1% artdığını, 2017-ci ildə isə bu rəqəmin 1% civarında artacağını proqnozlaşdırır.

Azərbaycanda istehlak qiymətləri ilə bağlı ehtimal olunan dəyişikliyi açıqlayan IMF qeyd edib ki, 2015-ci ildə istehlak qiymətləri 4% artdığı halda, bu il 12,8%, 2017-ci ildə isə 9,5% artacaq.

Ötən il Cari Hesablar Balansı ÜDM-in 0,2%-ni təşkil edib, bu il bu rəqəmin -0,2%, 2017-ci ildə isə yenə də 0,2% olacağ proqnozlaşdırılır.

IMF Azərbaycanda işsizliyin səviyyəsinin 2016-2017-cı illərdə ötən il olduğu kimi 6% civarında qalacağını ehtimal edildiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi