Yuxarı
    Bağlamaq

    IMF: Azərbaycanla kredit danışıqları aparılmır

    Azərbaycan hökuməti dekabrda müxtəlif beynəlxalq təşkilatlarından 2,5 mlrd. dollardan çox vəsait cəlb edib

    Bakı. 31 dekabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (IMF) ilə Azərbaycan hökuməti arasında hər hansı kreditin ayrılmasına dair danışıqlar aparılmır. Bunu “Report”a açıqlamasında IMF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

    Qeyd edək ki, bu ilin dekabrında Azərbaycan hökuməti müxtəlif enerji layihələrini maliyyələşdirmək və iqtisadiyyatı şaxələndirmək üçün beynəlxalq maliyyə institutlarından ümumilikdə 2,5 mlrd. ABŞ dollarından çox vəsait cəlb edib. Həmin vəsaitin 1,5 mlrd. dolları Asiya İnkişaf Bankı (ADB), 400 mln. dolları Dünya Bankı Qrupu, 600 mln. dolları isə Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) payına düşür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi