Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın bank sektorunda problemli kreditlərin dövlət tərəfindən alınması və bu sektora kapital əlavə edilməsi prosesi davam edir. "Report" Beynəlxalq Valyuta Fondunun (IMF) "Qafqaz və Mərkəzi Asiya regional iqtisadi icmalı"na istinadən xəbər verir ki, yeni kapitallaşma planlarının işlənib hazırlanmasından sonra əlavə olaraq bir sıra kommersiya banklarının bağlanması baş verə bilər.
Qeyd edək ki, ölkə hökuməti Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivlərini təmizləyərək sağlamlaşdırma prosesini davam etdirir. Həmçinin xatırladaq ki, Azərbaycanda 2016-cı ildə 11 kommersiya bankının lisenziyası ləğv edilib.