IMF avrozona iqtisadiyyatına "Brexit"in destruktiv effekti barədə xəbərdarlıq edib

IMF avrozona iqtisadiyyatına "Brexit"in destruktiv effekti barədə xəbərdarlıq edib Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa iqtisadiyyatı tədricən sürətlənir, amma Brexitin destruktiv effekti Britaniya və avrozona iqtisadiyyatına mənfi təsir edə bilər. 
Maliyyə
13 Noyabr , 2017 18:11
IMF avrozona iqtisadiyyatına Brexitin destruktiv effekti barədə xəbərdarlıq edib

Bakı. 13 noyabr. REPORT.AZ/ "Avropa iqtisadiyyatı tədricən sürətlənir, amma "Brexit"in destruktiv effekti Britaniya və avrozona iqtisadiyyatına mənfi təsir edə bilər". 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Avropa Departamentinin sədr müavini Yorq Dekressen (Jorg Decressen) jurnalistlərə açıqlamasında deyib.

Londonda Avropa regionu üzrə payız iqtisadi proqnozlarını açıqlayan Y.Dekressen qeyd edib ki, avrozona iqtisadiyyatı sürətlə bərpa olur. Bu, əsasən, mərkəzi bankların stimullaşdırma addımları və aşağı uçot dərəcəsi ilə bağlı olub: "Avrozonada iqtisadi artım 18 rübdür davam edir. Şərqi Avropanın bir çox ölkəsi 3%-dən cox iqtisadi artıma nail olub. Ona görə də bərpa prosesi nəinki güclü, hətta genişmiqyaslı olub".

IMF nümayəndəsi bildirib ki, qeyri-müəyyənlik üçün hazırda əsas amil "Brexit"dir: "Brexit"dən sonra avrozonanın 27 ölkəsi ilə Britaniyanın hansı şərtlərlə münasibət quracağı məlum deyil. IMF "Brexit" keçid dövrü üçün anlaşmanın nəticələrini gözləyir. Fond Britaniya ilə Avropa İttifaqı arasında hər hansı anlaşmanın imzalanmaması variantını gözləmir. Lakin "Brexit" üzrə "destruktiv" effekt mənfi nəticə verə bilər".

"Ən pis variantda daha çox Britaniya iqtisadiyyatı, həmçinin avrozona iqtisadiyyatı zərər çəkəcək", - deyə Y.Dekressen qeyd edib.

Son xəbərlər

Orphus sistemi