İlham Əliyev: “Manatın məzənnəsi sabitləşib”

İlham Əliyev: “Manatın məzənnəsi sabitləşib” “Yerli valyutaya inam artdıqca insanlar özləri öz qərarlarını verəcəklər”
Maliyyə
9 Aprel , 2016 21:58
İlham Əliyev: “Manatın məzənnəsi sabitləşib”

Bakı. 9 Aprel. REPORT.AZ/ “Manatın məzənnəsi sabitləşib. Hesab edirəm ki, tədricən bu istiqamətdə də vəziyyət müsbətə doğru inkişaf edəcək”.

“Report”un xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Ancaq bu, təbii prosesdir. Əlbəttə ki, yerli valyutaya inam daha da artdıqca insanlar özləri öz qərarlarını verəcəklər. Burada heç kim heç kimi məcbur edə bilməz. Sadəcə olaraq, dövlət və hökumət elə addımlar atmalıdır ki, insanlar öz əmanətlərini manatla saxlamaqda daha da maraqlı olsunlar”, - deyə dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi