Yuxarı

IFC Azərbaycanda maliyyə infrastrukturunun gücləndirilməsi layihəsini başa çatdırır

​IFC Azərbaycanda maliyyə infrastrukturu layihəsini bitirir

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Mərkəzi Asiya və Azərbaycanda maliyyə infrastrukturunun gücləndirilməsi (ACAFI) üzrə layihəni başa çatdırır.

Dünya Bankının (DB) Bakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, bununla əlaqədar sentyabrın 25-də Bakıda IFC vitse-prezidenti Hans Piter Lankesin də iştirak edəcəyi konfrans keçiriləcək.

Layihənin icrasına 2009-cu ilin dekabrında İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyinin (SECO) maliyyə yardımı ilə başlanılıb və o, dörd ölkəni - Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanı əhatə edib.

Layihənin məqsədi maliyyə qurumlarına daha sürətli və səhvsiz kredit qərarlarının qəbul edilməsində kömək edəcək kredit məlumatları mübadiləsi və onun təkmilləşdirilməsi sistemini yaratmaq idi.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür və bu günə qədər korporasiya Azərbaycana 72 layihənin icrası üçün dövlət zəmanəti olmadan 72 milyon dollar kredit verib. Bunlardan 56-sı uzunmüddətli layihələr olub. IFC həmçinin ticarətə dəstək proqramı üçün 80 milyon dollar, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi üçün 250 milyon dollar vəsait ayırıb.

Dünya Bankı Qrupuna daxil olan korporasiya "AGBank"ın səhmlərinin 4,2, "Access Bank"ın isə 16,6%-nin sahibidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi