​IFC "Access Bank"a 25 mln. dollar ayırıb

​IFC "Access Bank"a 25 mln. dollar ayırıb Kredit Azərbaycanda mikro, kiçik və orta müəssisələrin dəstəklənməsini nəzərdə tutur
Maliyyə
17 Avqust , 2015 18:07
​IFC Access Banka 25 mln. dollar ayırıb

Bakı. 17 avqust. REPORT.AZ/ Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) "Access Bank" QSC-yə 25 mln. ABŞ dolları məbləğində subordinasiya krediti ayırıb. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

"Access Bank"dan verilən açıqlamaya görə, IFC-nin bu dəstəyi banka daha çox mikro, kiçik və orta müəssisələrə (MKOM-lara) xidmət göstərməyə kömək edəcək. Bu cür müəssisələr məşğulluğun və innovasiyaların əsas mənbəyi olmaqla yanaşı, bir çox hallarda kommersiya kreditlərinə və maliyyələşmənin digər önəmli formalarına çıxışda çətinliklərlə qarşılaşır. Layihənin Azərbaycanın dayanıqlı inkişafı üçün əhəmiyyətli rol oynayan qeyri-neft sektorunun payının artmasına da böyük töhfə verməsi gözlənilir.

Qeyd edək ki, IFC digər beynəlxalq maliyyə qurumları ilə yanaşı, 2002-ci ildən "Access Bank"ın təsisçilərindən biridir.

Son xəbərlər

Orphus sistemi