​İyunda AIIB ölkələrinin ilk toplantısı keçiriləcək

​İyunda AIIB ölkələrinin ilk toplantısı keçiriləcək Yanvarın 16-18-də isə AIIB-in İdarə Heyəti və Direktorlar Şurasının iclası keçiriləcək
Maliyyə
7 Yanvar , 2016 18:06
​İyunda AIIB ölkələrinin ilk toplantısı keçiriləcək

Bakı. 7 yanvar. REPORT. AZ/ Bu ilin iyun ayında Pekində (Çin) Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) üzv olan ölkələrin ilk görüşü keçirilcək. "Report" xəbər verir ki, bu barədə "China Daily" qəzeti Çin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Mənbə deyib ki, AİİB-ə üzv olan ölkələr hər il iyunda görüşməyi qərara alıb və ilk görüş Pekində keçiriləcək.

Məlumata görə, yanvarın 16-18-də isə AIIB-in İdarə Heyəti və Direktorlar Şurasının iclası təşkil olunacaq.

Qeyd edək ki, iyunun 29-da 57 ölkə Pekində AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın Bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) təşkil edir.

Son xəbərlər

Orphus sistemi