İyulda manatın real effektiv məzənnəsi dəyişməyib

İyulda manatın real effektiv məzənnəsi dəyişməyib Avqust ayında məzənnədə artım gözlənilir
Maliyyə
8 Sentyabr , 2017 17:21
İyulda manatın real effektiv məzənnəsi dəyişməyib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il avqust ayının 1-nə 93,1 bənd təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-nə olan göstərici ilə eynidir.

Son 1 ildə real effektiv məzənnə 3,1 faiz bəndi artıb. 

Aylıq müqayisədə məzənnənin sabit qalmasına səbəb Azərbaycanın əsas ticarət partnyoru ölkələrin milli valyutalarının - Türkiyə lirəsinin, Rusiya rublunun və Çin yuanının ABŞ dolları qarşısında ciddi dəyişikliyə məruz qalmamasıdır. Bu tendensiyanın ilin sonuna qədər davam edəcəyi gözlənilir. 

Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır. Onun minimum həddi 2004-cü ilin sonunda (74,2 bənd), maksimum həddi isə 2015-ci il fevralın 1-də (153,1 bənd) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də - 87 bənd olub. 

"Report"un analitik qrupu hesab edir ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş səviyyədir. Avqust ayında real effektiv məzənnədə artım gözlənilir. Buna səbəb ticarət partnyoru olan ölkələrin milli valyutalarının möhkəmlənməsidir. 

Son xəbərlər

Orphus sistemi