Azərbaycanda i​yulda 115 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Azərbaycanda i​yulda 115 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub Bu sığorta növü üzrə daxilolmaların həcmi 20% artb
Maliyyə
3 Avqust , 2015 16:02
Azərbaycanda i​yulda 115 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Bakı. 3 avqust. REPORT.AZ/ Cari ilin iyul ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 115 658 müqavilə qeydiyyata alınıb.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bunların 15 921-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 9,5 mln. manat təşkil edib. Ötən ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 16%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.

Bu ilin yanvar-iyul ayları ərzində isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 591 minə yaxın sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 45,8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 15%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi