İtaliyanın “UniCresit” bankında 3 milyon müştərinin məlumatlarına icazəsiz girişlər aşkarlanıb.
“Report” “Rai News 24”ə istinadən xəbər verir ki, müştərilərin hesab nömrələrinə dair məlumatın sızdırılmadığı bildirilir.
Qeyd olunur ki, bu, yalnız adlar və fərdi məlumatlarala bağlıdır.
Yoxlama zamanı 2015-ci ildə də oxşar hadisənin baş verdiyi məlum olub.