​İsveçrə Mərkəzi Bankı 23 mlrd. dollar zərər edib

​İsveçrə Mərkəzi Bankı 23 mlrd. dollar zərər edib Frankın məzənnəsi 1,20 CHF/EUR-dan 1,09 CHF/EUR-a düşüb
Maliyyə
9 Yanvar , 2016 14:31
​İsveçrə Mərkəzi Bankı 23 mlrd. dollar zərər edib

Bakı. 9 yanvar. REPORT.AZ/ İsveçrə Mərkəzi Bankı (İMB) keçən il məzənnə koridorunun üst limitini ləğv etməsindən sonra 23 mlrd. dollarlıq (23 mlrd. İsveçrə frankı) zərər çəkdiyini ehtimal edir. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, keçən ilin yanvarın 15-də Bankın müvafiq qərarı qəbul etməsindən sonra İsveçrə frankı güclənib və xarici valyuta mövqeyinin qiymətləndirilməsi nəticəsində İMB ilk hesablamalara görə azı 20 mlrd. frank zərər edib. Lakin buna baxmayaraq, Mərkəzi Bank hər səhmə görə 15 frank divident ödəyəcəyini bildirib. 

Bank, federal hökumət və kantonlara (bələdiyyə) da 1 mlrd. frank köməklik göstərəcəyini qeyd edib. İMB-nin üst limiti ləğv etməsindən sonra avro ilə müqayisədə frankın 1,20 səviyyəsindən 1,09 səviyyəsinə qədər möhkəmlənməsi, iqtisadi artıma mənfi təsir göstərib. Nəticədə, yerli idarəetmə orqanları Mərkəzi Bankın maliyyə yardımına ehtiyac duyub.

Son xəbərlər

Orphus sistemi