İsveçrə də Avropa İttifaqı ilə əlaqədar referendum keçirə bilər

İsveçrə də Avropa İttifaqı ilə əlaqədar referendum keçirə bilər Bakı. 25 dekabr. REPORT.AZ/ İsveçrə Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin statusunu ümummili referenduma çıxara bilər. Report Lenta.ru saytına istinadən xəbər verir ki, bu açıqlamanı ölkə Prezidenti Doris Loythard Sonntags Blick qəzetinə müsahibəsində verib.
Maliyyə
25 Dekabr , 2017 13:27
İsveçrə də Avropa İttifaqı ilə əlaqədar referendum keçirə bilər

Bakı. 25 dekabr. REPORT.AZ/ İsveçrə Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin statusunu ümummili referenduma çıxara bilər. "Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı ölkə Prezidenti Doris Loythard "Sonntags Blick" qəzetinə müsahibəsində verib.

"Biz hansı yolla getdiyimizi bilməliyik. Əsas səsvermə faydalı olar", - deyə Loythard əlavə edib.

Son 2 ildə Bernlə Brüssel arasında münasibətlər mürəkkəbləşib. İsveçrə yerli birjaların hüquqlarının 1 il müddəti ilə məhdudlaşdırılmasına kəskin reaksiya verib. Bu o deməkdir ki, yerli investorların Aİ-də qeydiyyatdan keçən şirkətlərin səhmlərinin alqı-satqısına məhdudiyyət qoyulub. Bern Brüsselin bu qərarını diskriminasiya kimi dəyərləndirib. Buna səbəb kimi isə Aİ-nin İsveçrənin maliyyə mərkəzi kimi rolunu zəiflədilməsi istəyi göstərilib.

Loythard isveçrəlilərin Aİ-yə şübhəli yanaşdıqlarını, amma Aİ-dən başqa iqtisadi əlaqələr üçün alternativ olmadığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi