Yuxarı

İsveçrə Azərbaycanla əməkdaşlıq əlaqələrinin daha da artırılmasında maraqlıdır

Naizrlərin görüşündə Azərbaycan və İsveçrə arasında olan ikitərəfli münasibətlər müzakirə edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan maliyyə naziri Samir Şərifov İsveçrənin maliyyə naziri Uli Maurerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan və İsveçrə arasında olan ikitərəfli münasibətlər müzakirə edilib, həmçinin beynəlxalq maliyyə qurumlarında, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankında İsveçrənin rəhbərlik etdiyi seçki qruplarında iki ölkə arasındakı uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib

S.Şərifov isveçrəli həmkərına gələcəkdə ölkənin ixrac potensialının əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, nəqliyyat, turizm və yaradılan sənaye parklarının təşkil edəcəyini bildirib.

U.Maurer öz növbəsində Azərbaycanın qısa müddət ərzində yüksək templərlə inkişaf etdiyini vurğulayaraq, bununla da Avropa ölkələri arasında Azərbaycanın böyük rəğbət qazandığını bildirib və gələcəkdə İsveçrə-Azərbaycan münasibətlərinin möhkəmlənərək, əməkdaşlıq əlaqələrinin daha da artırılmasında maraqlı olduqlarını qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi