​İsveçrə AİİB-ə üzv olub

​İsveçrə AİİB-ə üzv olub İsveçrənin Bankda iştirak payı 706,4 mln. dollar olacaq
Maliyyə
27 Aprel , 2016 14:01
​İsveçrə AİİB-ə üzv olub

Bakı. 27 aprel. REPORT.AZ/ İsveçrə Konfederasiyası Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) üzvlüklə bağlı sənədləri ratifikasiya edib. “Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bununla da İsveçrə qurumun 37-ci üzv dövləti olacaq.

Məlumata görə, 100 mlrd. ABŞ dolları kapitalı olan Bankda İsveçrə 706,4 mln. dollar kapitala malikdir və rəsmi Cenevrə bu vəsaiti 5 il ərzində ödəməlidir.

AİİB-də bu ölkənin səsvermə hüququ 0,8745% civarında olacaq. İsveçrə Federal Şurası prezident Yohan Şneyder Ammanı (Johann N. Schneider-Ammann) bankın ölkə üzrə rəhbəri, Didye Burkhalteri isə (Didier Burkhalter) alternativ rəhbər vəzifəsinə təsdiq edib.

Son xəbərlər

Orphus sistemi