Yuxarı
    Bağlamaq

    İstanbulda Mərkəzi Asiya İnvestisiya Forumu keçiriləcək

    Forumun əsas dəstəkçiləri EBRD və Financial Times nəşridir

    Bakı. 11 fevral. REPORT.AZ/ Fevralın 18-də İstanbulda Mərkəzi Asiya İnvestisiya Forumu keçiriləcək. "Report" xəbər verir ki, forumun açılış mərasimində Avropa Yenidənqurma və İnvestisiya Bankının (EBRD) prezidenti Sir Suma Çakrabarti və Türkiyə baş nazirinin müavini Mehmet Şimşek iştirak edəcək.

    Monqolustan da daxil olmaqla, 5 Mərəkəzi Asiya ölkəsindən olan investorlar "Böyük İpək Yolu" üzərindəki problemləri müzakirə edəcəklər.

    Panel müzakirələrində isə "İpək Yolu"nda investisiya imkanları ilə bağlı fikir mübadiləsinin aparılacağı deyilir.

    Qeyd edək ki, forumun əsas dəstəkçiləri EBRD və "Financial Times" nəşridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi