İstanbul Fond Birjası valyuta aktivlərinin hamısını lirəyə çevirib

İstanbul Fond Birjası valyuta aktivlərinin hamısını lirəyə çevirib Bakı. 23 may. REPORT.AZ/ İstanbul Fond Birjası (Borsa İstanbul) qısa müddətli ehtiyacı istisna olmaqla qalan valyuta aktivlərinin hamısını bü gündən türk lirəsinə çevirib.
Maliyyə
23 May , 2018 11:34
İstanbul Fond Birjası valyuta aktivlərinin hamısını lirəyə çevirib
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ İstanbul Fond Birjası ("Borsa İstanbul") qısa müddətli ehtiyacı istisna olmaqla qalan valyuta aktivlərinin hamısını bü gündən türk lirəsinə çevirib.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Birja bunu milli valyutaya etimad və dəstəyin nümayişi kimi təqdim edib. 

Xatırladaq ki, bu gün qlobal maliyyə bazarlarında TRY/USD nisbəti 4,8203-ə çataraq tarixi rekordunu yeniləyib. Bu həftənin əvvəlində Türkiyədə ABŞ dolları qarşısında məzənnəsi 4,5 lirə təşkil edib. Ötən günün sonunda isə məzənnə 4,8 lirəyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi