​İstanbul Fond Birjası indeksində azalma 9%-ə çatıb

​İstanbul Fond Birjası indeksində azalma 9%-ə çatıb ABŞ dollarının məzənnəsi isə 2,98 TRY təşkil edib
Maliyyə
18 İyul , 2016 20:58
​İstanbul Fond Birjası indeksində azalma 9%-ə çatıb

Bakı. 18 iyul. REPORT.AZ/ İstanbul Fond Birjasında cümə günü yaşanan siyasi probləmlər səbəbindən bu gün aşılışdan etibarən başlayan satış dalğası daha da sürətlənib.

"Report" "Bloomberght" agentliyinə istinadən xəbər verir ki, hazırda İstanbul fond birjasının əsas indeksi sayılan BİST-100, 9% azalaraq 75 500 səviyyəsinə qədər geriləyib. ABŞ dollarının məzənnəsi isə 2,98 TRY təşkil edib. Hazırda TRY/USD məzənnəsində 15 iyun qapanış rəqəmi ilə müqayisədə azalma müşahidə edilsə də, cümə günü açılışından etibarən 3,5% azalma qeydə alınıb. Belə ki, Türkiyədə baş verən məlum hadisələr zamanı valyuta birjaları açıq olduğundan TRY/USD məzənnəsi iyunun 15-də axsam saatlarında 5%-ə yaxın yüksəlib. 

Son xəbərlər

Orphus sistemi