İspaniyada 1 avroya bank satılıb

İspaniyada 1 avroya bank satılıb Bankın problemlərinin həlli üçün 7 mlrd. avro lazımdır
Maliyyə
8 İyun , 2017 16:15
İspaniyada 1 avroya bank satılıb

Bakı. 8 iyun. REPORT.AZ/ İspaniyanın "Banco Santander" bankı öz rəqibi "Banco Popular Espanol"u 1 avroya alıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Banco Popular Espanol" son vaxtlar likvidlik problemi ilə üzləşib və onun səhmləri kəskin ucuzlaşıb. 

Bankın problemlərinin həll olunması üçün "Banco Santander" ona 7 mlrd. avro pul qoymalı olacaq. Bununla belə, problemli bankın səhmdarları və onun istiqrazlarının sahibləri 3,3 mlrd. avro zərərlə üzləşəcək.

Qeyd edək ki, "Banco Popular Espanol"un satışı ilk dəfə ölkənin bank sisteminə ən minimal təsirlə ötüşəcək və vergi ödəyicilərinə heç bir zərər verməyəcək. 

Son xəbərlər

Orphus sistemi