İslamiada ilə əlaqədar Azərbaycan bankları gücləndirilmiş rejimdə işləyir

İslamiada ilə əlaqədar Azərbaycan bankları gücləndirilmiş rejimdə işləyir 24 bankın 40-dan çox filial və şöbəsi axşam saatlarınadək fəaliyyət göstərir
Maliyyə
13 May , 2017 15:58
İslamiada ilə əlaqədar Azərbaycan bankları gücləndirilmiş rejimdə işləyir

Bakı. 13 may. REPORT.AZ/ Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsii lə mayın 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə "Report"a MBNP-dən bildirilib.

Məlumata görə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilməsi üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş rejimdə xidmət göstərir.

Yarışlarla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər. Koordinator Elşən Səmədovdur (e-mail: [email protected]; tel.: (+994) 51 444 25 32).

Son xəbərlər

Orphus sistemi