Yuxarı
    Bağlamaq

    ​ABB İslam bankçılığı departamentinin ləğvinin səbəblərini açıqlayıb

    Bankın bu sahədə öhdəlikləri yenə qüvvəsində qalır. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələr də davam etdirilir

    Bakı. 13 oktyabr. REPORT.AZ/ ABB İslam bankçılığı departamentinin ləğvinin səbəblərini açıqlayıb. Bankda İslam bankçılığı departamentinin ləğv olunması barədə məlumatı "Report"a təsdiqləyən Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli bildirib ki, bu addımın Azərbaycan Beynəlxalq Bankında həyata keçirilən struktur dəyişiklikləri çərçivəsində atılıb. Onun sözlərinə görə, xarici maliyyə qurumları ilə islam bankçılığı istiqamətində bağlanmışsazişlər, Bankın bu sahədə öhdəlikləri yenə qüvvəsində qalır. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələr də davam etdirilir.

    İslam bankçılığı sahəsində çalışmış işçilərə gəlincə,Y.Cəfərli funksional bölgüyə uyğun şəkildə mütəxəssislərin öz fəaliyyətlərinə davam etdiklərini söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi